BaşlıcaTəhlil

UNESCO-nun ilkin siyahısınaYerevanın Urartu mirası, Qarni arxeoloji kompleksi və “Daşlar simfoniyası” daxil edilib

UNESCO-nun Ümumdünya irsi komitəsinin 47-ci sessiyasında (Paris) Ermənistan tərəfindən təqdim edilmiş 2 müraciət müzakirə edilib və təsdiq alıb: “Yerevanın Urartu mirası”, “Qarni arxeoloji kompleksi və ‘Daşlar simfoniyası'” UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına daxil edilməsi ilə bağlı.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən NEWS.am-ə bildirilib ki, müraciətlər nazirliyin koordinasiyası və sifarişi ilə “Tarixi-mədəni irsin elmi-tədqiqat mərkəzi”, “Tarixi-mədəni qoruq-muzeylər və tarixi mühitin qorunması xidməti” QSC-ləri tərəfindən müvafiq alimlərin iştirakı ilə hazırlanıb.

Sessiya Fransa paytaxtı Parisdə 6-16 iyul tarixlərində keçirilir. Ermənistan nümayəndə heyətinə UNESCO-dakı Ermənistan səfiri Aram Hakobyan rəhbərlik edir. Nazirlikdən sessiyada Tarix və Mədəniyyət abidələrinin qorunması İdarəsinin rəisi Harutyun Vanyan iştirak edir – 1972-ci il Konvensiyasının koordinatoru kimi.

Qeyd edək ki, “İrəvanın Urartu mirası” və Ermənistanın Kotayk mərzinin “Qarni arxeoloji kompleksi və ‘Daşlar simfoniyası'” UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına Ermənistan tərəfindən qeydiyyata alınan 6-cı və 7-ci müraciətlərdir.

UNESCO-nun Ümumdünya irsinin əsas siyahısına Ermənistandan Sanahin və Haqpat monastırları, Üçkilsə Müqəddəs Məryəm Ana kafedralı, kilsələr və Zvarnots qədim yeri, Geğard monastırı və Azat çayının yuxarı vadisi daxildir.

UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısında abidənin qeydiyyata alınması, UNESCO-nun Ümumdünya irsi siyahısına yeni abidələrin daxil edilməsi üçün məcburi və ilkin şərtdir. Bu istiqamətdə iş davamlı şəkildə aparılır.

Daha çox göstər
Back to top button