
“Ermənistanın Baş naziri Nikol Paşinyanı Parisdə salamlamaqdan məmnunam. Azərbaycanla sülhün bərqərar olunmasına yönəlmiş cəsarətli səylərinə Fransa tərəfindən dəstəyimizi bir daha təsdiqlədim”.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron X-dəki səhifəsində yazıb.
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin mümkün qədər tez imzalanması regiondakı bütün xalqlar, ölkələr və onun hüdudlarından kənarda olanlar üçün yeni bir səhifə aça bilər.
Bu görüş, həmçinin, ikitərəfli münasibətlərimizi nəzərdən keçirmək və bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək, yaxın zamanda isə strateji tərəfdaşlığımızı rəsmiləşdirmək imkanı verdi”.







