
Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Ermənistan-Azərbaycan layihəsinin mətni razılaşdırılıb və mətn üzrə danışıqlar yekunlaşıb.
Bunu Nikol Paşinyan deyib.
“Parafikasiya ideyası da gündəmdədir və müzakirə olunan menyudakı variantlardan biridir. Bu, tək deyil, müəyyən şərtlər daxilində məqbul və real ola bilər, müəyyən şərtlər daxilində isə o qədər də real olmaya bilər. Biz sülh sazişinin imzalanması istiqamətində irəliləmək üçün heç bir fürsəti əldən verməyəcəyik.
Yenə deyirəm, bu, Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası, dövlət maraqları birmənalı şəkildə nəzərə alınmaqla baş verməlidir”, – Paşinyan vurğulayıb.







