
Baş nazir Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Fransa ilə proqram var, biz hələ də onun üzərində işləyirik və ümid edirəm ki, yaxın gələcəkdə hər şeyi razılaşdıracağıq.
O, aydınlaşdırıb ki, söhbət strateji tərəfdaşlıq sənədindən gedir. Paşinyan sənədin imzalanacağına əmin olduğunu bildirib.
Hökumət başçısı əlavə edib ki, artıq imzalanmış strateji tərəfdaşlıq sənədi Ermənistanın ABŞ-la əməkdaşlığına maraq yaradıb.
“Biz bunu alqışlayırıq və əməkdaşlığı elə formalaşdırmaq istəyirik ki, o, Birləşmiş Ştatlarla mövcud olan məntiq və çərçivəyə tam və qarşılıqlı uyğun gəlsin” – deyə Baş nazir qeyd edib.







