Rusiya “düşmən” ölkələrin yeməklərinə vergi qoyulmasını təklif edir: Azərbaycan və Türkiyə mətbəxinə diqqət yetirməyə çağırılır

Rusiya Kommunist Partiyası Rusiyanın baş naziri Mixail Mişustinə Rusiyaya “düşmən” olan ölkələrin mətbəxindən yeməklər təklif edən restoranlara vergi tətbiq etməyi təklif etmək niyyətindədir.
DW-nin Rusiya xidməti xəbər verir ki, bunu partiyanın sədri Sergey Malinkoviç “Абзац”a müsahibəsində deyib.
Onun sözlərinə görə, ilk növbədə italyan, fransız, Cənubi Koreya, yapon, ispan və alman yeməklərini təqdim edən restoranları “diskreditə etmək” lazımdır.
Bundan əlavə, Malinkoviç Rusiyanın son aylarda münasibətlərinin pisləşdiyi Türkiyə və Azərbaycanın mətbəxlərinə diqqət yetirməyə çağırır. Bununla belə, o, Rusiyanın “dost” ölkələrinin mətbəxlərinə “toxunmamağı” məsləhət görür. “Kommunist Rusiyası”nın lideri Belarus, Latın Amerikası ölkələri, Vyetnam, Özbəkistan, Şimali Koreya və ərəb ölkələrini belə ölkələr hesab edir.







