
Baş nazirin müavini Mher Qriqoryan Ermənistan Respublikasının Avropa İttifaqıdakı missiyasında Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanı qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti xəbər verir.
İclasın əsas mövzusu Aİ-nin Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində həyata keçiriləcək birgə proqramların istiqamətləri olub.
Həmsöhbətlər həmçinin viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar prosesini və bu kontekstdə rəqəmsallaşma istiqamətində görülən işləri müzakirə ediblər.
Görüş zamanı həmçinin “Sülhün kəsişməsi” təşəbbüsü çərçivəsində regionda kommunikasiyaların açılması və infrastrukturun müasirləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.







