BaşlıcaSiyasət

ABŞ YUNEKO-dan çıxır

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) çıxır. 

Bu barədə “Reuters” avropalı diplomatlara istinadən məlumat yayıb.

Agentlik xatırladır ki, prezident Donald Tramp dəfələrlə tənqid etdiyi ölkəsini bir sıra beynəlxalq təşkilatlardan geri çəkməyə davam edir.

Bu addım Parisdə yerləşən təşkilata böyük zərbə olacaq.

ABŞ-ın YUNESKO-dan çıxması ilə bağlı “New York Post” da Ağ Ev rəsmisinə istinadən xəbər yayıb.

İndi Donald Tramp növbəti dəfə ölkəni dünya institutlarından çıxarır. O, artıq ölkəni Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib.

Birləşmiş Ştatlar YUNESKO-nun ümumi büdcəsinin təxminən 8%-ni təmin edir.

Daha çox göstər
Back to top button