BaşlıcaSiyasət

Kipr Prezidenti: “İşğal səddi aşılmaz deyil”

Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis Türkiyənin işğalının 51-ci ildönümü münasibətilə Nikosiyadakı Prezident Sarayında təşkil olunan tədbirdə çıxış edərək Kipr problemləri və onun həlli perspektivləri ilə bağlı mesaj verdi.

 “İşğal səddi aşılmaz deyil” deyən Kipr Prezidenti vətəndaşlarına ciddi, möhkəm, məqsədyönlü və işinə sadiq qalmağa çağırdı”- deyə bu haqda “Euronews”a istinadən bildirilir.

Onun bəyanatına görə, Türkiyə 51 ildir ki, müstəqil və suveren dövlət, Avropa İttifaqı və BMT-nin üzvü olan Kipr Respublikasının ərazisinin üçdə birdən çoxunu qanunsuz şəkildə hərbi işğal altında saxlayır.

İşğal ordusunun sənədlərini təqdim etməkdən imtina edən Türkiyə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan boyun qaçırır ki, bu da sırf humanitar məsələdir.

 “Türkiyə Kiprin bütün qanuni sakinlərinin – yunanların, türk kiprlilərin, maronitlərin, ermənilərin və latınların əsas azadlıqlarını və hüquqlarını pozur”- deyə Xristodulidis qeyd etdi:  .

O vurğuladı ki, Türkiyə qanunsuz müstəmləkəçiliyi genişləndirir və Şimali Kiprin demoqrafik təbiətini dəyişir, iqtisadi, siyasi, dini və sosial manipulyasiyaları gücləndirir, işğal olunmuş ərazilərdə qalan Kipr Respublikası vətəndaşlarını təqib edir.

“Türkiyə yunan dini və mədəni irsini məhv edir və kiprlilərə öz vətənlərinin hər hansı hissəsində təbii hərəkət etməyə, məskunlaşmağa və sərbəst yaşamağa imkan vermir” – deyə Kipr Prezidenti bildirmişdir.

Daha çox göstər
Back to top button