BaşlıcaSiyasət

Kipr XİN Ərdoğanın adanın şimalına səfərini pisləyib: “Suverenlik və beynəlxalq hüququn pozulması”

Kipr Respublikasının Xarici İşlər Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1974-cü ildə Türkiyənin işğalının ildönümünə təsadüf edən adanın Ankaranın nəzarətindəki şimal hissəsinə bugünkü səfəri ilə bağlı sərt bəyanat yayıb.

Bazar ertəsi, iyulun 21-də dərc olunan bəyanatda vurğulandığı kimi, Ərdoğan və digər türk rəsmilərinin Kipr Respublikasının işğal olunmuş ərazilərinə səfəri “qanunsuzdur” və yarım əsrdən artıqdır ki, “Kiprin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması” siyasətini davam etdirir. Nikosiya xatırladıb ki, Ankaranın hərəkətləri beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində dəfələrlə pislənib.

Kipr Respublikası Hökuməti Kipr probleminin BMT sazişləri və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqlədi. Nikosiya səlahiyyətliləri vurğulayırlar ki, Kiprin gələcəyi adanın “azad edilməsi və yenidən birləşməsi” və bütün kiprlilərin təhlükəsizliyini və hüquqlarını təmin edən şəraitin yaradılması ilə əlaqələndirilməlidir.

Daha çox göstər
Back to top button