
Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda iştirak edənlərin 47 faizi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verəcəyini bildirib.
Jurnalistin məlumatına görə, soruşulduqda ki, siz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşısınız, ya yox, respondentlərin 29 faizi tamamilə tərəfdar olduğunu, 18 faizi isə daha çox tərəfdar olduğunu bildirib.
7 faizi daha çox əleyhinə, 33 faizi isə qəti şəkildə əleyhinə olduğunu deyib. 10 faiz mövqeyinin sülh müqaviləsinin konkret şərtlərindən asılı olduğunu bildirib, 2 faiz isə cavab verməkdə çətinlik çəkib və ya imtina edib.
Sual qoyulub ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əsas üstünlükləri nədir? Respondentlərin 74 faizi sülhün bərqərar olması, 9 faizi iqtisadi inkişaf, 8 faizi ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyası, 6 faizi yolların açılması, 2 faizi Azərbaycan və Türkiyə ilə sülh və diplomatik münasibətlərin qurulması olduğunu göstərib.
Digər üstünlükləri qeyd edənlər 5%, heç bir üstünlük görməyənlər 4%, 7% isə cavab verməkdən imtina edib və ya çətinlik çəkib.
Sorğu 2025-ci ilin iyun ayının 16-26-da telefon vasitəsilə 18 yaşdan yuxarı 1505 Ermənistan və Dağlıq Qaragahdan zorla köçürülmüş şəxslər arasında keçirilib.







