
Azərbaycanda kritik yanaşmalı nadir medianlardan biri olan AbzasMedia-nın hazırda həbsdə olan jurnalistləri, Milli Mətbuat Günü münasibətilə bir məktub göndərərək rejimin təzyiqi və ölkədə mətbuat azadlığının vəziyyəti haqqında məlumat veriblər.
Bu barədə Hamam Times xəbər verir.
AbzasMedia-nın əməkdaşları qeyd ediblər ki, Azərbaycanda mətbuat azadlığının səviyyəsi misli görünməmiş dərəcədə aşağı düşüb.
Onların sözlərinə görə, ölkə beynəlxalq reytinqlərdə ən arxa sıralarda qalmağa davam edir — mətbuat azadlığının qlobal indeksində 180 ölkə arasında 167-ci yerdədir.
“Azərbaycanda çəkməyi qadağan edən işarələr yalnız metrodan asılmır. Hər küncdə polis nəfərləri gözləyir, kameraları əlindən alıb insanları həbsxanaya atmağa hazırdır.
Biz də çəkirdik, nəhayət bizi yaxalayana qədər”.
Məktubda jurnalistlər həmçinin ölkədə korrupsiya, hakimiyyətin məsuliyyətdən qaçmaq cəhdləri və beynəlxalq imicini qorumaq hərisliyi mövzularına toxunublar:
“Korrupsiya artıq vətəndaşları kanalizasiya suları kimi boğur. Siz məsuliyyəti bir-birinizin üstünə atırsınız, amma heç kim cəzalandırılmır.
Ölkənin neftindən zənginləşərək, çirkinliyi kasıb məhəllələrə yığır, özünüz isə uzaq ölkələrdə ekologiya, təmiz hava, su və yaşıl enerji barədə çıxışlar edib avropa liderləri ilə foto çəkdirirsiniz. Amma… görünüşünüz pisdir”.







