Başlıcaİctimaiyyət

Respondentlərin 17%-i “KP”-yə, 4%-I”Hayastan” blokuna səs verəcək

Beynəlxalq Respublikaçılar İnstitutunun apardığı sosioloji sorğulara əsasən, gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilərsə, respondentlərin 17%-i hakim “KP” (“Mülki müqavilə”) fraksiyasına səs verəcək.

Alınan məlumata görə, respondentlərin 4%-i müxalif “Hayastan” blokuna, 2%-i Robert Koçaryana, 1%-i “İm kaylı” (“Mənim addımım”) blokuna, eyni sayda Aram Sarkisyanın rəhbərlik etdiyi “Hanrapetakan”(“Respublika”) partiyasına, 1%-i Erməni İnqilab Daşnaktyutyun” Federasiyasına, 1%-I “Pativ unem” (”Şərəf duyuram”)blokuna səs verəcəklərini bildirib.

 Beləliklə 28%-i səs verməyəcəyini, 22%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

 Qeyd edək ki, sorğu 16-26 iyun 2025-ci il tarixləri arasında telefon sorğusu üsulu ilə aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan 1505 Ermənistan vətəndaşı və Dağlıq Qarabağdan məcburi köçkünlər iştirak edib.

Qeyd edilir ki, səhv marjası bütün seçmə üçün ±2,5 faiz bəndini keçmir.

Daha çox göstər
Back to top button