
“Milli mətbuatın 150 illiyini bu il 30-a yaxın jurnalist Bakı İstintaq Təcridxanasında qeyd edir. Bu, hökumətin jurnalistlərin kamera, mikrofon, yazılarından nə dərəcədə narahat olduğunu göstərir. Jurnalistlərin həbsinə qərar verənlər indi rahat qaçaqmalçılıq, qanunsuz sahibkarlıqla məşğul ola bilir.
Həsən bəy Zərdabi dövrümüzdə yaşasaydı, hökumət “Əkinçi”nin redaksiyasına avrolar atıb onu da həbs edəcəkdi. Zərdabi həbsdən canını yaxşı qurtarıb. Bizlərin də tezliklə həbsdən çıxıb sizlərə həqiqətləri yenidən çatdıracağımıza əminəm.
P.S. Qarabağda 3-cü Qlobal Media Forumu keçirən hökuməti Kürdəxanı Media Forumu keçirməyə çağırıram. Veriləsi suallarımız var…”








