
Almaniyanın Ermənistan Respublikasındakı səfiri Klaudiya Buş Qeqarkunik rayonunun Martuni şəhərində Dağlıq Qarabağdan didərgin düşmüş qaçqın ailələri və uşaqlarla görüşüb, onlarla Ermənistanda yeni həyata başlamağın çətinlikləri barədə danışıb.
Alınan məlumata görə, bu barədə Almaniyanın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.

“Almaniya peşəkar sosial iş vasitəsilə insanlara gündəlik problemlərin öhdəsindən gəlməkdə, dövlət orqanlarına müraciət etməkdə və yeni perspektivlər yaratmaqda dəstək verir. Uşaqların müdafiəsinin yaxşılaşdırılması da Ermənistana dəstəyin məqsədlərindən biridir” – deyərək bəyanatdaqeyd olunur.
Səfirliyin məlumatına görə, Dünya Baxışı və Ermənistan Sosial İşçilər Assosiasiyası ilə birlikdə Almaniya insanlara öz qərarları ilə gələcəkləri üçün qalıcı həllər tapmağa kömək edir.








