BaşlıcaEkonomika

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Azərbaycan neftinin keyfiyyəti pisləşərək, “Azeri Light” markalı neftin qiyməti aşağı düşüb

Reuters xəbər verir ki, Azərbaycan nefti ilə Brent markalı neft arasında qiymət fərqi iyulun 22-də azalaraq son dörd ilin ən aşağı səviyyəsinə çatıb.

Bir neçə sənaye mənbəsi çərşənbə axşamı Reuters agentliyinə bildiriblər ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınan Azərbaycan xam neftinin bəzi yüklərində yüksək miqdarda üzvi xloridlər aşkar edilib və bu, yüklənmənin pozulmasına səbəb olub.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) şərh sorğusuna cavab verməyib. Azeri Light markalı neft öz tərkibinə görə ən yüksək keyfiyyət sayılırdı və buna görə də Brent markalı neftdən orta hesabla 2-3 dollar (bəzən 3-4 dollar) baha satılırdı.

 İndi “Azeri Light” və “Brent” markalı neftin qiymətləri arasındakı fərq minimuma çatıb, cəmi 40-45 sent təşkil edir.

Azərbaycan mətbuatının yazdığına görə, Azərbaycan neftinin keyfiyyətinin pisləşməsi Bakı-Tbilisi-Ceyhan boru kəmərinə keyfiyyətsiz Qazaxıstan neftinin vurulması ilə bağlı ola bilər.

Məlumdur ki, Qazaxıstan son illər alternativ ixrac marşrutu kimi Azərbaycana neft tədarükünü artırıb. Əvvəllər Azərbaycan neftinin keyfiyyətini aşağı salmamaq üçün Qazaxıstan və ya Rusiyadan alınan neft əsasən yerli emala göndərilirdi və eyni həcmdə Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilirdi.

 Lakin son illər Azərbaycanda neft hasilatı azalır və SOCAR ixrac həcmini sabit saxlamaq üçün, deyəsən, keyfiyyətlə bağlı güzəştlərə getməyə başlayıb.

Çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-dakı iki mənbə Reuters agentliyinə bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Azərbaycan neftinin çirklənməsi problemi həll olunub və Türkiyənin Ceyhan limanından neftin yüklənməsi davam edir.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button