BaşlıcaSiyasət

Qalstanyan işi üzrə məhbusların sayı hazırda 18 nəfərdir

Arxiyepiskop Baqrat Qalstanyana qarşı cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı hazırda 18 nəfərdir.

Bu haqda Faktor TV-yə müsahibəsində İstintaq Komitəsi  sədrinin mətbuat katibi Kima Avdalyan deyib. “Terrorçuluq və hakimiyyətin qəsb edilməsinə hazırlıq” maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs qətimkan tədbiri seçilən 18 nəfər barəsində dövlət ittihamı irəli sürülüb” – deyə Avdalyan bildirib.

Yada salaq ki, təxminən bir ay əvvəl, iyunun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs Hərəkat”ın lideri arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında və digər vətəndaşların mənzillərində axtarış apardıqdan sonra Qalstanyanı və digər şəxsləri həbs ediblər.

Çox keçmədən İstintaq Komitəsi bəyanat yayaraq, terrorizm və hakimiyyətin ələ keçirilməsinə hazırlıq maddələri ilə cinayət işinin başlandığını bildirib. Qalstanyan və tərəfdarları ittihamları rədd edirlər. Araks Mamulyan

Mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button