
Bu ilin avqustun 1-dən etibarən Azərbaycan təbii qazının Türkiyənin ərazisindən keçən “Kilis” boru kəməri vasitəsilə Suriyaya nəqli başlayacaq – bu barədə Azərbaycan KİV-ləri məlumat verib.
“Məqsəd Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına töhfə vermək və Türkiyənin regional enerji mərkəzinə çevrilməsi məqsədini gücləndirməkdir” – deyə xəbərlərdə bildirilir.
Qeyd olunur ki, SOCAR ilə Suriya arasında imzalanmış son sənədə əsasən, qazın nəqlinə hazırlıq işləri artıq başa çatıb.
İlk mərhələdə Suriyaya ildə 1,2 milyard kubmetr təbii qaz göndərilməsi planlaşdırılır. Qaz Türkiyə ilə sərhəddə yerləşən Kilis şəhərindən keçərək Suriyanın Hələb və Homs elektrik stansiyalarına çatdırılacaq.
Burada qaz elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu isə təxminən 1200-1300 meqavat istehsal gücü yaradacaq.







