İctimaiyyət
Azərbaycanın keçmiş XİN başçısı sülhə toxunub

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az saytına müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün bərqərar olması üçün siyasi razılaşmalardan kənara çıxmaq, ictimai səviyyədə səylər göstərmək lazımdır.
“Əgər Azərbaycan və Ermənistan həqiqətən də münaqişəyə son qoymaq istəyirlərsə, onlar təkcə siyasi razılaşmalarla məhdudlaşa bilməzlər.Cəmiyyətdə qarşılıqlı təsəvvürləri dəyişmək üçün addımlar atılmalıdır”,- o deyib.







