BaşlıcaSiyasət

ER səfiri və Fransa SQ Baş Qərargah rəisi müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Ermənistan Respublikasının Fransadakı səfiri Arman Xaçatryan Fransanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tiyerri Byurkard ilə görüşüb.

Bu barədə məlumat Ermənistanın Fransadakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

Səfirliyin verdiyi məlumata görə, görüşdə Ermənistan ilə Fransa arasında dostluq münasibətləri, o cümlədən müdafiə sahəsində əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunub.

 Bundan əlavə, bölgə təhlükəsizliyi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button