
İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, doktor Əli Əkbər Vilayəti “Zəngəzur dəhlizi” layihəsi ilə bağlı mühüm və səmimi açıqlamalar verib, – deyə “Sepah Pasdaran” Telegram kanalı yazır.
Kanalın vurğuladığına görə, “Zəngəzur dəhlizi” layihəsi İran və Rusiya üçün mühasirəyəalma tələsidir.
Onun sözlərinə görə, bu layihə əslində nə regional inteqrasiyaya, nə iqtisadi sabitliyə, nə də xalqların rifahına xidmət edir.
Əksinə, bu layihə İranın, Rusiyanın və Müqavimət cəbhəsinin quru yolla mühasirəyə alınması məqsədi daşıyır.
Vilayəti dolayı yolla xəbərdarlıq edib ki, Tehran bu təhdidə yalnız sözlə deyil, həm də əməli addımlarla cavab verir.
İran sərhədlərə hərbi qüvvələr yeridib və təlimlər keçirərək öz “qırmızı xətt”ini nümayiş etdirib.
Passiv və müşahidəçi siyasət dövrü başa çatıb; indi İran qabaqlayıcı və aktiv fəaliyyət strategiyası yürüdür.
“Bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır” – deyərək mənbə yazır.







