
Azərbaycanın daha üç tankeri sanksiyalı Rusiya nefti ilə ticarətdə ittiham olunur.
BBC-nin Rusiya xidmətinin məlumatına görə, Avropa İttifaqı tərəfindən dərc edilən sanksiyalar siyahısına üçüncü ölkələrin 105 neft tankeri daxil edilib.
AB bu gəmiləri Rusiyanın, sözdə “kölgə donanması”nın bir hissəsi hesab edir ki, Moskva vasitəsilə Avropaya neft satmağa davam edir. Siyahıda üç Azərbaycan tankeri var: “Şuşa”, “Qarabağ” və “Nizami Gəncəvi”.
Qeyd edək ki, əvvəllər AB ölkələri RF-ə qarşı 18-ci sanksiya paketinə razılıq vermişdilər. Bu ilin may ayında Azərbaycanın “Zəngəzur” tankeri Britaniyanın sanksiyalar siyahısında yer almışdı.
Avropa Birliyi isə keçən il noyabrda qəbul etdiyi qərarda Azərbaycanı Rusiya qazını Avropaya yenidən ixrac etdiyinə görə ittiham etmişdi.
Belə ki, Britaniyadan sonra AB də Azərbaycanın Rusiya nefti daşıyan “Zəngəzur” tankerini sanksiyalar siyahısına əlavə etdi.







