Başlıcaİctimaiyyət

9 beynəlxalq təşkilat Azərbaycanda həbsdə olan jurnalistlərə qarşı pis rəftarla bağlı bəyanat yayıblar

9 beynəlxalq təşkilat AbzasMedia-nın həbsdə olan jurnalistlərinə qarşı artan pis rəftarla bağlı bəyanat yayıblar.

Bəyanatı Jurnalistlər üçün Ədalət Fondu (JFJ), Avropa Jurnalistlər Federasiyası (EFJ), Beynəlxalq Mətbuat İnstitutu (IPI), Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF), Senzuraya Qarşı İndeks (İndex on Cencorship), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Sərhədsiz Reportyorlar (RSF) və Rory Pek Fondu (RPT) imzalayıb.

Bəyanatda qeyd edilir ki, 2023-cü ilin noyabr ayından bu yana Azərbaycan hakimiyyəti ən azı 25 jurnalisti həbs edib.

Bu həbslər jurnalistlərin gördükləri işə qarşı açıq qisas kimi qiymətləndirilib.

Bundan əlavə bəyanatda deyilir ki, AbzasMedia-nın əməkdaşları həbsdə ağır vəziyyətlə qarşılaşıblar.

Bəyanatda Azərbaycan hakimiyyətindən saxlanılan jurnalistlərə insani və ləyaqətli şəraitin yaradılmasını, onlara dərhal tibbi və hüquqi yardıma çıxış imkanının təmin olunmasını və ölkənin beynəlxalq hüquq öhdəliklərinə əməl etməsini tələb olunub.

Qeyd edilir ki, AbzasMedia-nın direktoru Ülvi Həsənli 2025-ci il iyunun 20-də, Bakı Ağır Cinayətlər Məhkəməsində doqquz il həbs cəzasına məhkum edildikdən sonra uzaq Umbakı həbsxanasında dözülməz şəraitdə saxlanılır.

Bəyanatda həmçinin AbzasMedia-nın qadın əməkdaşlarının aclıq aksiyasına qoşulduqları üçün qeyri-insani rəftarla üzləşdikləri də qeyd edilib:

Bəyanatı imzalayanlar Azərbaycan hakimiyyətini mövcud məhkəmə qərarına uyğun olaraq Ülvi Həsənlini Bakı İstintaq Təcridxanasına köçürməyə, həmçinin onun həmkarlarının qanuni şəkildə və insan ləyaqətinə uyğun saxlanılmasına çağırış ediblər.

Daha çox göstər
Back to top button