
Ermənistan investisiyalara ehtiyac duyur, xüsusilə yol infrastruktur sahəsində, və İran Ermənistanın tranzit infrastrukturuna investisiya edə bilər.
Alınan məlumata görə, İranın IRNA agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Tehran Universiteti və IRNA agentliyinin “İran-Ermənistan münasibətləri: yeni regional və qlobal düzənə keçid” mövzusunda birgə görüşündə İran İslam Respublikası Xarici işlər nazirliyinin Elmi tədqiqatlar İdarəsinin rəisi Həbibullah Məlikutifər bildirib.
“Hazırkı iqtisadi müharibədə dəhlizlər önəmli rol oynayır və biz də onları nəzərdən keçirməliyik – ittifaqlar qurmaq və ölkələrlə münasibətləri inkişaf etdirmək üçün” – deyə Məlikutifər Cənubi Qafqazın iqtisadi potensialına toxunaraq qeyd edib.
O, əlavə edib ki, Ermənistan İranın cənub sularında yerləşən Çabahar limanını Qara dənizə birləşdirməkdə mühüm rol oynaya bilər.
O vurğulayıb ki, bu prosesdə İrandan və Ermənistandan başqa, üçüncü tərəf də lazımdır və bu baxımdan ən yaxşı tərəfdaş Hindistandır.
“Bizə Yerevanla münasibətlərdə üçüncü tərəf lazımdır və bu sahədə, xüsusən də dəhliz məsələsində ən yaxşı tərəfdaş Hindistandır” – deyə Həbibullah Məlikutifər bildirib.
Analitikin sözlərinə görə, infrastrukturun inkişafı və genişləndirilməsi baxımından Ermənistana investisiyalar lazımdır. “Ermənistan investisiyalara ehtiyac duyur, xüsusilə yol infrastrukturu sahəsində, və İran Ermənistanın tranzit infrastrukturuna investisiya edə bilər” – deyə ekspert vurğulayıb.
O, həmçinin qeyd edib ki, Yerevan və Tehran Ermənistanın tranzit imkanlarından istifadə etməlidirlər və bunun üçün Ermənistanın Şimal-Cənub dəhlizinin erməni qolunun tamamlanması vacibdir.







