BaşlıcaSiyasət

ER Xİ nazirinin  müavini İtaliyanın Xİ nazirinin  müavininə “Sülh kəsişməsi layihəsini” təqdim edib

Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan İtaliya Xarici işlər nazirinin müavini Mariya Tripodi ilə görüşüb.

Ermənistan XİN-in yaydığı məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər və iqtisadi və ticarəti əlaqələrin genişləndirilməsinə hazır olduqlarını vurğulayıblar.

Ermənistan XİN müavini öz həmkarına Ermənistan-Avropa Birliyi münasibətlərinin dərinləşməsi, Cənubi Qafqazda Ermənistan ətrafında mövcud vəziyyət və hökumətin regionda infrastrukturun blokadasının aradan qaldırılmasına yönəlmiş “Sülh kəsişməsi” layihəsini təqdim edib.

Həmçinin, tərəflər Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, habelə Ermənistanla İtaliya arasında çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button