
Azərbaycanda rəsmi səviyyədə Qarabağ ərazisindəki tarix və mədəniyyət abidələrinin guya qeyri-erməni mənşəli olması ilə bağlı nəzəriyyə irəli sürülür.
Məşhur dəniz rəssamı Hovhannes Ayvazovskinin işğal olunmuş Stepanakertdə yerləşən heykəlinin sökülməsi Azərbaycan hakimiyyəti tərəfindən dövlət səviyyəsində vandalizmin nümunəsidir.
Bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsi sədrinin müavini Konstantin Zatulin öz Teleqram kanalında yazıb.
Əvvəllər “Artsaxın turizm və mədəniyyətin inkişafı agentliyi” adlı QHT məlumat vermişdi ki, 2021-ci ildə qoyulmuş Ayvazovskinin abidəsi sökülüb.
Zatulinin sözlərinə görə, bu bir barbarlıq aktıdır və açıq-aşkar axmaqlıqdır. O xatırladıb ki, Ayvazovski dünya miqyasında bir dahidir və onu həm Rusiya imperiyasında, həm də onun hüdudlarından kənarda yüksək qiymətləndiriblər.
“Bu gün Artsaxda erməni mədəniyyətinin izlərini silmək üçün fəal şəkildə çalışanlar artıq təkcə Ayvazovskinin abidəsinin sökülməsi ilə kifayətlənmirlər.
Çardaqlı kəndindəki məşhur sovet komandirlərinin abidələri təhqir olunub, dini obyektlər sökülür, onlarla xaçkar məhv edilib” – deyə deputat bildirib.
O, əlavə edib ki, Azərbaycanda rəsmi səviyyədə Qarabağdakı tarixi-mədəni abidələrin, o cümlədən VI-XII əsrlərə aid monastırların guya qeyri-erməni mənşəli olması ilə bağlı nəzəriyyə irəli sürülür.
“Bu barbarlıqdır və buna haqq qazandırmaq üçün Ermənistan və ya Rusiya ilə olan siyasi qarşıdurmalara istinad edirlər. Ölkə rəhbərliyi ya baş verənlərə göz yumur, ya da bunu birbaşa dəstəkləyir” – deyə Zatulin əlavə edib.
Qarabağdakı erməni mədəni irsi məhv olunma təhlükəsi altındadır – deyə Mirzoyan Nyu-Yorkda
Abidənin müəllifi tanınmış heykəltəraş, bir sıra görkəmli ermənilərin abidələrinin müəllifi Salavat Şçerbakovdur. Onun işi yalnız böyük dəniz rəssamına deyil, həm də Qarabağın mədəni irsinin erməni və ümumbəşəri irslə əlaqələrinə həsr olunmuşdu.
Qeyd edək ki, “Artsaxın turizm və mədəniyyətin inkişafı agentliyi” QHT-si Ayvazovskinin abidəsinin sökülməsini bölgədə erməni mədəniyyətinin izlərini silmək siyasətinin növbəti nümunəsi kimi qiymətləndirmişdi.
Qurum bildirmişdi ki, bu cür halların qeydə alınmasını davam etdirəcək və beynəlxalq ictimaiyyətdən adekvat reaksiya gözləyir.







