
Sepah Pasdaran Telegram kanalı xəbər verir ki, İran Məclisində Təbriz parlamentinin üzvü Cəfəri Azər İsrailin Baş naziri Binyamin Netanyahu ilə dostluğu ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev haqqında sərt fikirlər səsləndirib.
Onun sözlərinə görə, Netanyahu ilə dostluq Azərbaycan hakimiyyəti üçün “Səddamın (Hüseyni-red.) Küveytə işğalı başa çatdığı kimi bitəcək.
“35 il əvvəl İran və İslam Respublikası xalqının mehriban, fədakar və hərtərəfli xidmət və yardımlarını xatırlayın. O zaman İmişli düşərgəsindəki 250 min qadın və uşaq İran dövləti və xalqının səmimi sevgisini unutmadı.
“Bilin ki, İsrail sizin və xalqınızın dostu deyil. Bu məkrli qatil dəstəsi əvvəllər də peyğəmbərlər öldürüb, ona görə də onlar sizə rəhm etməyəcəklər”- deyə o, Azərbaycan hökumətinə müraciət edib.







