BaşlıcaSiyasət

ER-nın Ətraf mühit naziri və BB səfiri  COP-17-nin  təşkilatı məsələlərini  müzakirə ediblər

Ermənistan Respublikasının Ətraf Mühit naziri Hambardzum Matevosyan Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaqeri qəbul edib.

Bu görüş barədə nazir öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Paylaşımda vurğulanıb ki, nazir və səfir 2026-cı ildə Ermənistanda keçiriləcək Biomüxtəliflik Haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası — COP17-nin təşkilati məsələlərinə toxunublar.

Müzakirələrdə təşkilati prosesin bütün aspektləri – maliyyə, texniki və tərəfdaşlıq komponentləri nəzərdən keçirilib.

“Cənab Qallaqer ehtiyac və çağırışlarımızla maraqlandı. O, Böyük Britaniyanın dəstək göstərməyə hazır olduğunu qeyd etdi və bizdən də bu dəstəyin hansı sahələrdə daha hədəfli və effektiv olacağını dəqiqləşdirməyimizi istədi” – deyə Hambardzum Matevosyan yazıb.

Müzakirə zamanı həmçinin Biomüxtəliflik üzrə Milli Strategiya və “Qlobal Biomüxtəlifliyin Qorunması Çərçivəsi”nin həyata keçirilməsi istiqamətində Ermənistanın atdığı addımlara da toxunulub.

“Əldə etdiyimiz irəliləyişi təqdim etdim. Həmçinin Ermənistanın COP30 konfransına mümkün iştirakı və nümayəndə heyətinin tərkibi barədə danışdıq.

Bu cür konfranslarda iştirakımızın təcrübə mübadiləsi və beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdik.

 Səfir Qallaqerin Ermənistandakı diplomatik missiyası başa çatdığından, səmərəli və konstruktiv əməkdaşlığa, həmçinin Ermənistanla əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş səylərinə görə ona təşəkkür etdim” – deyə Hambardzum Matevosyan paylaşımını yekunlaşdırıb.

Daha çox göstər
Back to top button