İctimaiyyət

Ermənistan millisinin yeni baş məşqçisi var

Ermənistan millisinin yeni məşqçisi Yeğişe Melikyandır. Bu barədə Ermənistan Futbol Federasiyası (AFF) məlumat yayıb.

“Ermənistan millisinin baş məşqçisi vəzifəsini öz üzərimə götürməkdən qürur duyuram. İndiki məqamın mürəkkəbliyini və tam məsuliyyətini dərk edirəm, amma bu yolu şərəflə getməyə hazıram. Bütün qərarlarımı milli komandanın və erməni futbolunun xeyrinə verəcəyəm. İndi qüvvələri birləşdirməyin vaxtıdır. Bütün futbol ictimaiyyətini milli komandanın ətrafında birləşməyə çağırıram”.

FFA prezidenti Armen Melikbekyan Yeğişe Melikyanın təyinatına toxunaraq qeyd edib:

Ümid edirik ki, FFA əməkdaşlarının və Yeqişe Melikyanın əməkdaşlığı və gündəlik əməyi sayəsində Ermənistan millisi yaxşı nəticələr əldə edə biləcək. İnanıram ki, konsolidasiya və birlik sayəsində biz irəliyə doğru addım ata biləcəyik”.

Daha çox göstər
Back to top button