BaşlıcaMədəniyyət

 Baş nazirin aparatı Paşinyanın Vaşinqtondakı Müqəddəs Kitab Muzeyinə ziyarəti ilə bağlı ətraflı məlumat verib

İşgüzar səfərlə ABŞ-da olan Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtondakı Müqəddəs Kitab Muzeyini ziyarət edib.

Ermənistan Baş nazir aparatından bildirilib ki, Baş nazir muzeyin baş direktoru Aharon Rossun müşayiəti ilə muzeydə ekskursiya edib.

 Təqdim olunan eksponatlarla tanış olub. Muzeydə erməni xristian irsinə aid eksponatlar, həmçinin qədim erməni Müqəddəs Kitabı da nümayiş olunub.

Baş nazir Paşinyan bildirib ki, muzeydə təqdim olunan eksponatlardan çox təsirlənib və muzeyə Qriqor Narekatsinin orta əsrlərə aid miniatürlərlə bəzədilmiş əlyazmasının surətini hədiyyə edib.

Mənbəyə görə, bu əlyazma Qriqor Narekatsinin “Matyan Voğberkutyan” (“Kədər kitabı”) adlı, dünya miqyasında tanınan dua kitabının ən qədim nümunələrindən biridir.

 Əsər 1173-cü ildə Kilikiya ərazisində, məşhur xəttat və miniatür ustası Qriqor Skevratsinin əli ilə, tanınmış erməni ilahiyyatçısı Nerses Lambronatsinin sifarişi ilə yazılıb.

Əlyazma hal-hazırda Matenadaranda saxlanılır və erməni yazılı və miniatür sənətinin nadir incilərindən biri hesab olunur.

Daha çox göstər
Back to top button