İctimaiyyət

Ermənistan metal qırıntıları ixracatçısından hazır məhsul ixrac etmək ambisiyaları olan ölkəyə çevrilib: Nazir

Ermənistan metal qırıntıları ixrac edən ölkədən hazır metal məmulatları istehsal edən və daxili bazarı tam təmin edən, eləcə də ixrac ambisiyaları olan ölkəyə çevrilib.

Bunu ER hökumətinin avqustun 7-də keçirilən iclasında iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir qeyd edib ki, hökumətin fəaliyyəti nəticəsində son illər ərzində 150 milyon dollara qədər investisiya qoyulub, müxtəlif hesablamalara görə, artıq 1000 iş yeri açılıb, yerli qara və əlvan metal qırıntılarından istifadədə artım müşahidə olunub.

“Onilliklər ərzində Ermənistandan metal qırıntıları adı altında zavod avadanlıqları, bütöv konveyerlər, müxtəlif növ metallar, avtomobil kuzovları ixrac edilirdi. Sonra hökumət rüsum tətbiq etmək qərarına gəldi və onların ixracı ilə bağlı müəyyən maneələr yaradıldı.

Sektora çox böyük investisiyalar qoyulub, çoxlu sayda iş yerləri yaradılıb və biz bu siyasəti davam etdiririk. Əslində, hökumətin bu qərar layihəsi həmin siyasətin məntiqi davamıdır”, – Papoyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button