BaşlıcaSiyasət

İranın Ümumali Rəhbərinin nümayəndəsi:  “Sionist rejiminin” Azərbaycandakı mövcudluğu bizim üçün təhdiddir”

İranın Ümumali Rəhbərinin nümayəndəsi Abdolrahim Saraei bildirib ki, sionist rejimin Azərbaycandakı genişmiqyaslı mövcudluğu və təsiri İran üçün ciddi təhlükəsizlik təhdididir” – deyə İranın Tasnim agentliyi  xəbər verir.

“Sionist rejim Azərbaycanda böyük təsirə malikdir və sərhədimizdən yalnız 17 kilometr məsafədə, Xudafərin bölgəsində böyük hava limanı tikilib.

 Biz bu hava limanları ilə Tel-Əviv arasında gündəlik uçuşların şahidiyik. Bu, sionist rejimin Azərbaycana tam nəzarət etdiyini göstərir.

Sionist rejimin Azərbaycandakı mövcudluğu regionda qeyri-sabitliyi artırıb və qonşu ölkələr üçün ciddi təhlükədir” – deyə Abdolrahim Saraei qeyd edib.

İranın Ümumali Rəhbərinin nümayəndəsi rəsmi şəxsləri və ictimaiyyəti bu məsələyə daha çox diqqət yetirməyə çağırıb.

“İran həmişə öz təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasına xüsusi önəm verir və hər hansı dağıdıcı fəaliyyətə qarşıdır” – deyə o, yekunlaşdırıb.

Daha çox göstər
Back to top button