BaşlıcaEkonomika

İyunun 30-na Ermənistanın dövlət borcu 13 milyard 852 milyon 137 min ABŞ dollarıdır

Ermənistanın dövlət borcu 30 iyun 2025-ci il tarixinə 13 milyard 852 milyon 137 min ABŞ dollarıdır. “Armenpress”in məlumatına görə, belə bir məlumatı Ermənistan Respublikasının Statistika Komitəsi təqdim edib.

Xarici borc 6 milyard 943 milyon 296 min, daxili borc isə 6 milyard 908 milyon 842 min dollardır. ER dövlət borcu aylıq bazda 116 milyon 520 min dollar artıb. Eyni zamanda xarici borc 46 milyon 7 min dollar azalıb, daxili borc isə 162 milyon 527 min dollar artıb.

31 dekabr 2024-cü il tarixinə Ermənistan Respublikasının dövlət borcu 12 milyard 842 milyon 240 min dollar, bunun xarici borcu 6 milyard 454 milyon 151 min dollar, daxili borcu isə 6 milyard 388 milyon 88 min dollar olub.

Daha çox göstər
Back to top button