Reuters: “Cənubi Qafqazda tranzit yolu Ermənistanın qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək”

Reuters agentliyi ABŞ Prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda 8 avqustda keçiriləcək üçtərəfli görüşün gündəliyi ilə bağlı təfərrüatlar açıqlayıb.
“Armenpress”ə istinadən Reuters agentliyi öz mənbələrinə əsaslanaraq bildirib ki, Vaşinqtonda 8 avqustda Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək görüşdə sülh barədə çərçivə xarakterli sənəd imzalanacaq.
Bu sənədlə ABŞ Cənubi Qafqazda strateji tranzit dəhlizinin inkişafı üçün xüsusi hüquqlara malik olacaq. Bununla yanaşı, qeyd edilir ki, həmin yol Azərbaycan qanunvericiliyi çərçivəsində idarə olunacaq.
Məlumatı açıqlayan adları açıqlanmayan rəsmilər bildirib ki, sənəd əsasında Azərbaycan ABŞ-a tranzit dəhlizinin uzunmüddətli xüsusi inkişaf hüquqlarını verəcək.
Bu dəhliz “Trampın beynəlxalq sülh və tərəqqi yolu” (Trump Route for International Peace and Prosperity) adlandırılacaq və TRIPP qısaltması ilə tanınacaq.
Rəsmlərin sözlərinə görə, marşrut Ermənistan qanunvericiliyi əsasında işləyəcək və ABŞ həmin torpaqları infrastruktur və idarəçilik üçün bir konsorsiuma icarəyə verəcək.
Rəsmilərdən biri qeyd edib ki, bu addım ticarət vasitələri ilə regionu açacaq və gələcək hərbi əməliyyatların qarşısını alacaq.







