
ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevi və baş nazir Nikol Paşinyanı “Tarixi Sülh Sammiti” üçün Ağ Evdə qarşılamağı səbirsizliklə gözlədiyini bildirib.
O, Truth sosial şəbəkəsində yazıb: “Bu iki ölkə illərdir müharibə aparır, nəticədə minlərlə insan həlak olub. Bir çox liderlər bu müharibəni bitirməyə çalışsalar da, “TRUMP” meydana çıxana qədər heç bir nəticəsi olmayıb”.
Tramp administrasiyasının uzun müddətdir hər iki tərəflə danışıqlar apardığını qeyd edib və cümə günü sülh sazişinin imzalanma mərasiminin keçiriləcəyini açıqlayıb.
“ABŞ, həmçinin Cənubi Qafqazın potensialını tam reallaşdırmaq üçün birgə iqtisadi imkanları inkişaf etdirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. […] Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq”, – Tramp yazıb.







