
Ermənistanla Azərbaycan arasında əvvəlcədən imzalanmış sülh sazişinin mətni 11 avqust axşamı ictimailəşdiriləcək.
Ermənistan Xarici İşlər nazirliyinin jurnalistə açıqlamasına görə:
“Vaşinqtonda Ermənistan Xİ naziri Ararat Mirzoyan və Azərbaycan Xİ naziri Ceyhun Bayramov, Ermənistan, Azərbaycan və ABŞ rəhbərlərinin iştirakı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” sazişi əvvəlcədən imzaladılar.
Azərbaycanla əldə edilmiş razılığa uyğun olaraq, sazişin əvvəlcədən imzalanmış mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək.
Nazirlər həmçinin ATƏT-in Minsk Qrupunun proseslərinin və əlaqəli strukturunun fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-ə birgə müraciət imzaladılar”.
X platformasında nazir Mirzoyan öz paylaşımında qeyd edib:
“Həqiqətən də sülh üçün tarixi andır. Ermənistan Respublikası, region və dünya üçün əhəmiyyətli və simvolik gün. Bu gün biz həm də daha möhkəm qarşılıqlı bağlılıq, rifah və nəsillərimiz üçün daha yaxşı gələcək barədə bəyan edirik”.







