Başlıcaİctimaiyyət

Rusiyanın Sverdlovsk vilayətindən 33 azərbaycanlı deportasiya edilib

Yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən 1000-ə yaxın qanunsuz miqrant deportasiya edilib, tagilcity.ru xəbər verir.

Deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın yerli və Qırğızıstandan olan 130-dan çox qeyri-qanuni mühacir evlərinə göndərilib. Deportasiya edilənlərin siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan bir sıra xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) ölkəni tərk etmək məcburiyyətində qalıb.

İdarənin məlumatına görə, deportasiya olunanların hamısı Rusiyaya işləmək üçün gəlib, lakin qanuni əsas olmadan ölkədə olublar. Onlar əcnəbi vətəndaşlar üçün xüsusiləşdirilmiş müvəqqəti saxlama yerlərində ölkədən çıxarılma və ya deportasiya prosedurunu gözləyirdilər.

Daha çox göstər
Back to top button