
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığına toxunub.
“Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan söhbət Ermənistan-Azərbaycan sülh danışıqlarından gedirdi. Prezident Ərdoğan baş nazir Paşinyanı Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaya görə təbrik edib. Sülh iradəsinin regional sabitlik baxımından dəyərli olduğunu qeyd edən Ərdoğan bu addımın indi konkret fəaliyyətə çevrilməli olduğunu vurğulayıb.
O, əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəliləməsi üçün texniki səviyyədə danışıqlar davam etdiriləcək və bu istiqamətdə səylər davam etdiriləcək”, – Türkiyə prezident aparatının X mikrobloqunda qeyd olunub.







