BaşlıcaEkonomika

2025-ci ilin ilk altı ayında Ermənistan Gürcüstandan 3,7 min ton kartof idxal edib

Gürcüstandan kartof ixracı 2025-ci ilin ilk altı ayında rekord həddə çatıb.

Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə 78 226 ton kartof 26,5 milyon dollara satılıb. Rusiya əsas alıcı olaraq qalır, bütün ixracın 77%-i qonşu ölkənin payına düşür.

Gürcüstan kartofunun əsas idxalçıları Rusiya (50,3 min ton), Azərbaycan (3,7 min ton), Belarus (1,3 min ton), Ermənistan (3,7 min ton) və Qazaxıstandır (394 ton).

Ən çox kartofu Gürcüstan Türkiyədən alıb. Son altı ayda ölkəyə 1,3 milyon dollara 5 min ton kartof idxal edilib.

Daha çox göstər
Back to top button