BaşlıcaSiyasət

Rusiya Antikorrupsiya Komitəsinin rəhbəri Azərbaycana məxsus infrastruktura Ukraynada zərbələr endirməyə çağırdı

Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanov Ukrayna ərazisində Azərbaycan qurumları ilə bağlı neft obyektlərinə məqsədyönlü zərbələr endirməyi təklif edib.

Kabanov öz Telegram kanalında bildirib ki, son aylarda kimin Rusiyanın müttəfiqi, kimin isə onun rəqibi olduğu “getdikcə daha aydın” olub.

Onun sözlərinə görə, Azərbaycan Moskvaya dost münasibəti getdikcə daha az göstərir və Bakının əsas tərəfdaşları sırasında Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı qeyd edib.

“Bu ölkələr Bakı üçün həqiqi müttəfiq kimi çıxış edir ki, bu da regiondakı geosiyasi vəziyyəti dəyişir və Azərbaycanla əməkdaşlıq üzrə əvvəlki yanaşmaları şübhə altına alır” –  deyərək Kabanov yazıb.

O, vurğulayıb ki, Rusiya maraqlarını qorumaq üçün təkcə Azərbaycana bağlı neft obyektlərinə zərbələr endirmək deyil, həm də “Azərbaycan diasporu ilə bağlı cinayətkar İƏT-lərin (o cümlədən) Rusiya biznesindəki təsirini və fəaliyyətini tamamilə dayandırmaq” lazımdır.

Daha çox göstər
Back to top button