BaşlıcaSiyasət

Amerika Erməni Assambleyasının həmsədrləri Marko Rubioya müraciət edərək erməni əsirlərin azad edilməsini tələb ediblər

Amerika Erməni Assambleyasının həmsədrləri Oskar Tatosyan və Talin Yakubyan ABŞ dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq Bakıda saxlanılan bütün erməni əsirlərin, o cümlədən “Dağlıq Qarabağın (Artsaxın) siyasi rəhbərliyinin” azad edilməsini və onların geri qayıtmaq hüququnun təmin edilməsini tələb ediblər.

Həmsədrlər bu məktubu ABŞ Prezidenti Donald Trampın 15 iyul tarixində Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə söylədiyi fikirləri nəzərə alaraq göndəriblər.

 Həmin görüşdə o, Ermənistan və Azərbaycan arasında sülhün yaxın ola biləcəyini qeyd etmişdi.

Məktubda vurğulanır ki, artsaxlı ermənilərin “qayıdış hüququ və mədəni məsələləri hələ də həll olunmayıb” və ABŞ-a “həqiqi və ədalətli həll yolunu dəstəkləmək” çağırışı edilir.

Bu həll yolu “təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı” əhatə etməlidir.

Həmçinin qeyd olunur ki, “tam və dayanıqlı sülh Ermənistan Respublikası üçün etibarlı təhlükəsizlik zəmanətlərini, o cümlədən Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazisindən tam çıxarılmasını, eləcə də istənilən razılaşmanın pozulmasına görə konkret nəticələrin tətbiqini nəzərdə tutmalıdır”.

Dövlət katibi Rubiaya ünvanlanan bu məktub, həmsədrlərin daha əvvəl Prezident Trampa göndərdikləri məktubdan sonra yazılıb.

Həmin məktubda da dərhal erməni girovların azad edilməsi, erməni xalqı üçün möhkəm təhlükəsizlik zəmanətlərinin təmin olunması, Azərbaycan tərəfindən sülh sazişinin pozulacağı təqdirdə sərt nəticələrin tətbiqi, həmçinin artsaxlı ermənilərin qayıdışının fundamental hüquq kimi təmin olunması tələb edilirdi.

Daha çox göstər
Back to top button