BaşlıcaSiyasət

Avqustun 12-13-də Ermənistan XİN müavini Vahan Kostanyan İran İslam Respublikasına səfər edib

Avqustun 12-13-də Ermənistan Respublikasının Xarici İşlər nazirinin müavini Vahan Kostanyan İran İslam Respublikasına səfər edib.

O, burada İran XİN naziri Seyid Abbas Ərəqçi, XİN nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt Ravançi, İİR Ali Liderinin müşaviri, Xarici Əlaqələrin Strateji Şurasının rəhbiri Kamal Xərazı və beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayəti, həmçinin İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənai ilə görüşlər keçirib.

Bu barədə Ermənistan Respublikasının Xarici işlər nazirliyi məlumat yayıb.

“Keçirilən görüşlər zamanı Vahan Kostanyan vurğulayıb ki, Ermənistan, İranın Ermənistan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına qətiyyətli və ictimai şəkildə hörmət etmək mövqeyini yüksək qiymətləndirir və öz növbəsində İranın həyati maraqlarını nəzərə aldığını təsdiqləyir.

Ermənistan XİN nazirinin müavini, İranın ‘Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin bərpası haqqında’ müqavilənin imzalanmasını təbrik etməsi və dəstəyini, habelə iki ölkə arasında münasibətlərin normallaşdırılması və regionda sülhün bərqərar olması istiqamətində son irəliləyişlə bağlı yüksək qiymətləndirib.

Avqustun 8-də Vaşinqtonda Ermənistanın, Azərbaycanın və ABŞ rəhbərlərinin imzaladığı birgə bəyannaməyə toxunaraq, Vahan Kostanyan qeyd edib ki, regionun iqtisadi infrastrukturunun blokadasının aradan qaldırılması prosesi ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, hüquq normalarına və qarşılıqlılıq prinsiplərinə tam hörmət çərçivəsində, yuxarıda qeyd olunan bəyannamənin həm hərfinə, həm də mənasına uyğun şəkildə həyata keçiriləcək.

Proseslə bağlı Ermənistan və İranın mövqeyi ətrafında müsbət atmosferdə fikir mübadiləsi aparılıb, davamlı dialoqun saxlanması barədə razılıq əldə olunub.

Ermənistan Xİ nazirinin müavininin görüşləri zamanı gələcəkdə nəzərdə tutulan yüksək səviyyəli əlaqələrə də toxunulub” — deyə bəyanatda bildirilir.

Mətn factor.am-ə  məxsusdur.

Daha çox göstər
Back to top button