
ABŞ Prezidenti Trampın “Azadlığa Dəstək haqqında” qanunun 907-ci düzəlişinin dayandırılması ilə bağlı memorandum mətni dərc olunub.
“Bu qərar beynəlxalq terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatların səylərinə dəstək üçün zəruridir.
Birləşmiş Ştatların və ya tərəfdaş silahlı qüvvələrin beynəlxalq terrorizmə qarşı mübarizədə əməliyyat hazırlığını dəstəkləmək üçün vacibdir.
Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir.
Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına yönəlmiş davamlı səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistanın əleyhinə hücum məqsədləri üçün istifadə olunmayacaq” – deyərək mətnindəqeyd olunub.
Xatırladaq ki, bu qərar Azərbaycana ABŞ hərbi yardımının göstərilməsinə qoyulmuş məhdudiyyətləri aradan qaldırır.







