
“Biz Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyirik və heç bir məsələnin əhəmiyyətini nə kiçiltmirik, nə də sadələşdirmirik”.
Bu haqda İran Xarici işlər nazirliyinin nümayəndəsi Əsmayıl Baqaei bəyan edib. Bu barədə IRNA məlumat yayıb.
Baqaei Cənubi Qafqaz regionunda son hadisələrlə bağlı İranın mövqeyini təqdim edib:
“Cənubi Qafqaz bizim üçün və region dövlətləri, xüsusilə də Rusiya üçün siyasi, iqtisadi və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır” – deyə o, bildirib.
Baqaei üçün İranın “qırmızı xətti” bölgədənkənar qüvvələrin müdaxiləsidir. O, bəyan edib ki, Tehran heç bir halda xarici müdaxiləni və bölgədənkənar qüvvələrin mövcudluğunu faydalı hesab etmir.
Onun sözlərinə görə, İran əmindir ki, bu, yalnız geosiyasi mürəkkəbliklərə gətirib çıxarır.







