Dağlıq Qarabağdan məcburi köçkün düşmüş uşaqlar Macarıstanın Zanka şəhərində bir həftəlik yay düşərgəsindən qayıdıblar

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş uşaqlar Macarıstanın Zanka şəhərində bir həftəlik yay düşərgəsindən qayıdıblar.
“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Proqram çərçivəsində uşaqlar müxtəlif intellektual və idman oyunlarında iştirak etmiş, müxtəlif maarifləndirici və əyləncəli təşəbbüslərə cəlb olunmuşlar.
Xatırladaq ki, düşərgədə 6-15 yaş arası Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 uşaq iştirak edib. Onları 38 nəfər mütəxəssis – sosial işçilər, psixoloqlar və rayon və icma idarələrinin pedaqoqları müşayiət edirdi. Yay düşərgəsi proqramı ötən ildən Ermənistan və Macarıstan hökumətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Koordinator ER Əmək və Sosial Məsələlər Nazirliyidir, bu il Kotayk regional administrasiyası və “Caritas of Armenia” xeyriyyə təşkilatı ilə əməkdaşlıq edir.
Proqram davam edir və ümumilikdə 1000-ə yaxın köçkün uşağın yay düşərgəsində iştirakını təmin etmək məqsədi daşıyır.







