BaşlıcaSiyasət

Həsənli: Əliyev AZAL-ın vurulmuş təyyarəsi barədə “geri çəkildi”

Azərbaycan müxalifət xadimi Cəmil Həsənli öz Facebook səhifəsində ABŞ səfəri zamanı prezident İlham Əliyevin Fox News telekanalına verdiyi müsahibəni şərh etdi.

Həsənli xatırlatdı ki, Əliyev müsahibədə bildirib:

“Məncə, Rusiya qəsdən AZAL təyyarəsini atəşə tutmayıb. Biz tələb edirik ki, bu cinayət tanınsın, günahkarlar cəzalandırılsın və tam kompensasiya ödənilsin”.

Müxalifət xadiminə görə, bu bəyanatı Əliyev istintaq və araşdırma işləri hələ başa çatmayan şəraitdə etdi.

Həsənli  yazıb:

“Dəfələrlə qeyd edilib ki, AZAL təyyarəsi ‘Pantsir-S’ zenit-raket kompleksi tərəfindən qəsdən vurulub”.

Həsənli həmçinin qeyd etdi ki, Əliyev beləliklə,  Bakının Moskva ilə birbaşa konfrontasiyadan yayınmaq istəyini nümayiş etdirərək  geri çəkildi.

Daha çox göstər
Back to top button