BaşlıcaSiyasət

Pezeşkiyanın Ermənistana səfəri regional geosiyasəti qorumaq məqsədi daşıyır: Əraqçi

İran prezidenti Məsud Pezeşkianın Ermənistana gözlənilən səfərində diqqət mərkəzində Cənubi Qafqazın geosiyasi xəritəsinin dəyişməzliyini təmin etmək olacaq.

“Armenpress”in məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi İran prezidentinin Ermənistana qarşıdakı səfərinin məqsədləri barədə İRNA-ya danışıb. “Bizim əsas narahatlığımız ondan ibarətdir ki, regionun geosiyasətində heç bir dəyişiklik olmasın, xarici qüvvələrin bölgəyə daxil olmasın”, – İranın xarici işlər naziri deyib.

O, aydınlaşdırıb ki, geosiyasi dəyişikliyin yolverilməz olduğunu deməklə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, yaxud region dövlətlərinin suverenliyi və ərazi bütövlüyünün pozulması nəzərdə tutulur. “Biz çox açıq şəkildə bildirmişik ki, belə bir şeyə dözməyəcəyik. Bizim siyasətimiz həmişə aydın olub”, – deyə Əraqçi vurğulayıb.

O, Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış bəyannaməyə toxunaraq vurğulayıb ki, həm Yerevan, həm də Bakı açıq şəkildə mövcud sərhədlərə və suverenliyə hörmətlə bağlı öhdəlik götürüb. “Bu nöqteyi-nəzərdən, görünür, geosiyasi narahatlıqlarımız hələlik həll olunub. Lakin biz onların gələcəkdə buna sadiq qalıb-qalmayacağını yaxından izləyəcəyik”.

Əraqçi İranın ABŞ-la bağlı narahatlığını da dilə gətirib. “Bu marşrutun Amerika qüvvələrinin regionda olması üçün bəhanə ola biləcəyi ilə bağlı narahatlıq var” dedi. Lakin İran xarici işlər nazirinin sözlərinə görə, baş nazir Nikol Paşinyan da daxil olmaqla Ermənistanın yüksək rütbəli rəsmiləri Tehrana zəmanət verib ki, Amerika qüvvələri və hətta Amerikanın özəl mühafizə şirkətləri bu marşruta görə Ermənistana daxil olmayacaq. Erməni tərəfi əmin edib ki, İranın qırmızı xətləri ilə tanışdırlar və gələcəkdə də onlara hörmətlə yanaşacaqlar. Əraqçi qeyd edib ki, bu məsələlər Pezeşkiyanın Ermənistana gözlənilən səfəri zamanı ətraflı müzakirə olunacaq.

Daha çox göstər
Back to top button