BaşlıcaSiyasət

Rusiyada Azərbaycan vətəndaşlarının işə götürülməsi səbəbindən şirkət bağlanıb

Perm diyarı Məhkəmə Qərarlarının İcrası Xidmətinin yerli şöbəsi Yurla kəndindəki mişarxananın fəaliyyətinin dayandırılması barədə sənəd alıb –  deyərək “Novıy kompaniyon” saytı xəbər verir.

Səbəb ondan ibarət olub ki, biznes sahibi müvafiq orqanları Azərbaycanın iki vətəndaşını işə götürməsi barədə məlumatlandırmayıb.

İcraat başladıqdan dərhal sonra məhkəmə icraçıları mişarxananın ərazisinə gedərək istehsalat sahəsini möhürləyiblər.

Bu barədə Rusiya Federasiyası Məhkəmə Qərarlarının İcrası Xidmətinin Perm diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Daha çox göstər
Back to top button