BaşlıcaSiyasət

Paşinyan: “Avqustun 8-dən sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”

Ağ Evdə keçirilmiş sammit dönüş nöqtəsi oldu. Bu barədə öz müraciətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, çıxışında Vaşinqtonda hansı sənədlərin imzalandığını da xatırladıb.

“Ermənistan və Azərbaycan arasında atəşkəs bərqərar olub, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. Avqustun 8-dən sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, yeni Ermənistan Respublikasında yaşayırıq.

Sülh bizim üçün yad bir reallıq və özgə bir həyatdır, gəlin bu reallığı kiçik hesab etməyək. Biz sıfırdan öyrənməliyik – sülh içində yaşamaq nə deməkdir, sülh necə olur” – deyə Nikol Paşinyan  qeyd edib.

Paşinyanın fikrincə, sülh həm də şəhidlərimizin ruhunu işıqlandırmalıdır.

“Ermənistan 30 ildən sonra blokadadan çıxır”.

Daha çox göstər
Back to top button