
Avqustun 19-da ER xarici işlər naziri Ararat Mirzoyan İran prezidentinin nümayəndə heyətinin tərkibində Yerevana gələn İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
ER Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ararat Mirzoyan və Seyid Abbas Əraqçi iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı kontekstində əldə olunmuş razılaşmaları vurğulayaraq, bu istiqamətdə görüləcək işləri müzakirə ediblər.
Liderlər səviyyəsində aparılan müzakirənin davamı olaraq Ermənistan və İranın xarici işlər nazirləri regional kommunikasiyaların blokunun açılmasının verdiyi imkanlara və bununla bağlı formalaşan qarşılıqlı anlaşmaya da toxunublar.







