
Avqustun 19-da Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan, ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn, Kanzas Ordusu Milli Qvardiyasının komandanı, Briqada generalı Karlin Uilyams, Ermənistan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və digər yüksək rütbəli hərbi qulluqçular beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçirilən “Qartal tərəfdaşı-2025” erməni-amerikan hərbi təliminin gedişini müşahidə ediblər.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yüksək səviyyəli qonaqlar praktiki məşqin aktiv mərhələsini müşahidə ediblər.

Daha əvvəl məlumat vermişdik ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “Qartal tərəfdaşı-2025” adlı erməni-amerikan birgə hərbi təlimi keçiriləcək.







